Dr.Məharət Rzayev


GƏNCLİK SIZANAQLARI (PRİSİK).

Ana səhifəyə dönüş

Gənclik sızanaqları nədir və kimlərdə görülür?
Gənclik sizanaqlari – Tük dibi yağ bəzinin xronik iltihabi xəstəliyidir.
12-25 yaş grupunun 85%-ində görülür. Nadir hallarda 8 yaşında başlayıb, 30 yaşdan sonra da davam edə bilər. Kişilərdə daha cox rastlanır və daha ağır bir klinik şəkildə ortaya cıxır.

Səbəbləri.
Son illərdə üstündə durulan səbəblər arasında anormal follikülyar keratinizasiya ve mikrobiial kolonizasiya sayılır. Xəstəliyi ortaya cixardığı düşünülən mikroblar propinibakterium acnes, stafilococcus epidermidis ve pitrosporum ovele-dir. Gənclik sizanaqlarinın ortaya cıxmasında genetik faktorların da rolu olduğu düşünülməkdədir.
Qısaca sızanaqların ortaya cıxmasında əsas bu amillərin rol oynadığı düşünülür:
1-Genetik: Anada vəya atada sızanaq olmasi, uşaqlarda görülmə sıxlığını artırır.
2-Günəş süaları sizanaqlarin ortaya cixmasina musbət və mənfi cəhətdən təsir edə bilər.
3-Çox tərləmə: Tərləmə ilə sızanaqlar artır.
4-Hormonlar:Adət düzənsizliyi və hormonal pozuqluqlar sızanaqları artırır.
5-Kosmetika:Yanlıs kosmetika istifadəsi, gozəllik salonlarinda bəzi əməliyyatlar dərinin pozulmasında əhəmiyyətli rola sahibdir.
6-Stres də sızanağın ortaya cıxmasına səbəb ola bilər.
7-Androgenik (kişi cinsiyyet) hormonlu dərmanlar sızanaga səbəb ola bilər.

Klinikası
Ən çox görüldüyü yerlər üz, kürək, sinə və çiyinlərdir. Gövdədəki sızanaqlar orta xəttə artır. Sızanaqlar tək tək olabilər ancaq çox zaman bir neçə sizanaq bir yerdə olur.

Labaratoriya analizlərinə ehtiyac varmı?
Hiperandrogenizmdən şübhələnilmirsə xəstədə analizlərə ehtiyac yoxdur. Ancaq menstruasiya düzənsizliyi, androgenetik alopesi (saç tökülməsi) kimi hiperandrogenizm simptomları varsa xəstələrin bir dermatoloğa və daha sonra bir endokrinoloqa göndərilməsi lazım ola bilər.

Diaqnoz.
Diaqnoz qoymaq asandır. Xəstənin yaşı, sızanaqların yerleşdiyi yer ve komedonların (qara nöqtələr) varlığı diaqnoz üçün kifayetdir.

Müalicədə məqsəd nədir?
Məqsəd follikulyar keratinizasiyayı düzeltmek, yağ bəzlərinin aktivliyinii, follikulyar bakteriyal populyasiyani və iltihabı azaltmaqdır. Bu şəkildə sızanaqların iz buraxmasına və xəstədə özünə güvənməmə hissinin ortaya cıxmasına mane ola bilərik.

Müalicədə nələr istifadə edilir?
• Təmizləyici agentlər:
Təmizlik üçün istifadə edilən pH deyeri 5.5 olan sabunlar follikul içindeki lipid ve bakteriyaları uzaqlaşdıra bilərlər, ancaq komedon aparıcı ve müalicə edici təsirləri yoxdur. Sadəcə müalicəyə kömək edə bilərlər.
• Yerli (lokal) təsirli maddələr:
Vitamin A (Tretinoin): Follikulyar keratinizasiyaynı düzənləyir. Komedonların cox olduğu zaman istifade edilir. Yandırıcı təsiri vardır. (Acnelyse krem, Retino jel).
Benzoil peroksit: Güclü bir lokal antibiotikdir.
Antibiotiklər: Klindamisin ve Eritromisin sızanaqlara təsirlidir. Uzun müddət istifadə olunduğu zaman dirənc ortaya cıxa biləcəyi unutulmamalıdır. Klindamisin 1%, eritromisin 1-2 % istifadə edilə bilər. Eritromisin, benzoyl peroksitle kombine edildiyi zaman təsiri artır. (Cleocin-T losyon, Clamine-T losyon, Benzamycin jel).
• Sistemik təsirli maddələr.
Antibiotiklər
* Tetrasiklin, 250 mg-1 g/gün dozlarda serbest yağ turşularını və p. acnes-in sayını azaldır. 1 g/gün başlangıçtan sonra 250 mg/gün ilə 6 ay davam edilə bilər. 8 yaşdan kiçiklərdə istifadə edilməməlidir. (Devasiklin, Tetra, Tetramin 250 mg-kap, Tetralet 500 mg-kap).
* Doksisiklin (Doksin, Monodoks, Tetradoks 100 mg-kap) və minosiklin ən az tetrasiklin qədər təsirlidir. Ancaq yay aylarında istifadəsi məhduddur.
* Trimetoprim-Sulfametoksazol kombinasiyası hematolojik əlavə təsirləri olduğu üçün digər antibiotiklərə cavab verməyən xəstələrdə istifadə edilə bilər. (Bactrim, Bakton, Baktrisid DS, Bibakrim, Cotrirer Kemoprim, Metoprim, Mikrosid, Septrin, Trifen, Trimoks).
Hormonlar:
Mutləq Dermatolog veya endokrinolog tərəfındən istifadə edilməlidir.
* Antiandrojenler: Siproteron asetat ve etinil östradiol kombinasiyası oral kontraseptivlər. Yağ ifrazını ve komedonların ortaya cıxmasını azaldır (Diane-35).
* Estrogenler, glukokortikoidler istifadə edilə bilən diger variantlardır.
İsotretinoin:
Dermatologlar tərafindən istifadə olunmalı və xəstələr nəzarət altında olmalıdırlar.
Şiddətli ve müalicəyə cavab verməyən sızanaqlarda çox təsirlidir. Yağ istehsalını azaldır, keratinizasiyanı düzəldir, p. acnes-i azaldır və iltihab əleyhinə təsiri var. 1-2 mg/kg/gün dozda 18-20 həftə istifadə edilir. Müalicə zamanı və müalicədən sonrakı bir ay içində hamilə qalınmamalıdır. Dəri quruluğu, konyunktivit, hipertrigliseridemi, epistaksis və saç tökülməsinə səbəb ola bilər (Ro-accutan).

Nə zaman hansı dərmanlar istifadə olunmalıdır?
Yüngül sızanaqda daha çox lokal təsirli maddələrin istifadə edilməsi yetərli olur. Orta dərəcədə sızanaqda isə lokal maddələrə bir sistemik antibiotik əlavə edilməsi uyğundur. Şiddətli sızanaqda isotretinoin istifadə edilməlidir.

Prognozu Necədir?
Xəstələrin coxu 20-30 yaş arasında sağalır. Ancaq nadir də olsa 30-40 və 40-50 yaşlara qədər davam edə bilər.

Ana səhifəyə dönüş  

Hosted by uCoz
Hosted by uCoz


Hosted by uCoz