AİLƏ PLANLAMASI VƏ HAMİLƏLİKDƏN
QORUNMA YOLLARI
Ailə Planlaması
nədir?
Ailələr
istədikləri zaman istədikləri miqdarda uşaq sahibi
olmalıdırlar. Ailə planlaması ailələrin istədikləri
zaman istədikləri gədər uşaq sahibi olmalarına yardım edir.
Yəni ailə planlaması deyincə uşagı olmayanlara yol
göstərmək, xidmət vermək və ya uşağı olanlara ise
hamiləlikdən qorunmaq üçün neler etmesi lazım olduğu mövzusunda
məlumatlandırmaq anlaşılmaqdadır.
Ailələr uşaq sahibi olub
olmamaqda sərbəstdir. Ancaq bir nöqtəyə diqqət
etmək lazımdır. Uşaqların sağlığı üçün doğumlar arasında en az 2 il
fasilə olmalı ve uşaqların sayı da dördü keçməməlidir.
Ailə Planlamasının
məqsədləri nələrdir?
Döllənmə yaşındakı kişi və
qadınlara döllənmənin necə olduğunu və doğumların necə
kontrol ediləcəyi mövzusunda məlumat vermək.
Ailələrin
istəmədikləri zaman uşaq sahibi olmalarını
əngəlləmək.
Uşaq sahibi olmaq
istəyənlərə yardım etmək və yol
göstərmək.
Çox sayda və az
fasilələrlə doğan qadınların sağlamlığının pozulmasını
əngəlləmək.
Çox gənc və çox yaşlı
qadınların hamilə qalmasını əngəlləmək.
Uşaqların və ailələrin
daha sağlam olmasına çalışmaq.
Riskli
hamiləliklər.
1.
18 yaşından əvvəl hamilə qalmaq: 18 yaşından əvvəl hamilə qalmaq
sadəcə ananın deyil doğulmamış uşağın da sağlamlığına təsir
edir. Uşağın ölü doğulma və ananın xəstələnmə riskini
artırır. Bunun üçün bu yaşdan əvvəl evlənilmiş olsa belə
hamiləliyi önləyici tədbirlərlə uygun yaşa
gəlməyi gözləmək lazımdır.
2.
35 yaşından sonra hamilə qalmaq: bu yaşdan sonrakı qadınların doğduğu
uşaqların şikəst olma ehtimalı daha yüksəkdir. Zehni
cəhətdən şikəst olan uşaqlar
əksəriyyətlə bu yaşdan sonra doğulan uşaqlardaır. Ona görə də 35 yaşa
qədər ailəni tamamlamaq və bu yaşdan sonra bir
hamiləlikdən qoruyucu tədbir istifadə etmək cox
əhəmiyyətlidir.
3.
2 ildə birdən artıq hamilə qalmaq: hamiləlikdən sonra
qadınlar fiziki olaraq cox yorulurlar. Qadın orqanizmasındakı
maddələrin böyük bir hissəsini uşağa vermişdir. Ve özünü
toparlaması və əvvəlki kimi güclü və sağlam olması üçün
ən az 2 ilə ehtiyacı vardır. Əgər 2 ildən erkən
hamilə qalarsa ölü doğum və düşük ehtimalı artmaqdadır.
4.
Çox uşaq doğmaq:
uşaqların sağlam olmasına təsir edən amillərdən biri
də doğulan uşaq miqdarıdır. Çox sayda doğumu olan anaların həyatı
təhlükəyə girir. Dördüncü doğumdan sonrakı
hamiləliklər xəstəlik sıxlığını və ana və uşağın
ölmə təhlükəsini artırır.
Cox sayda abortun da qadını
yıpratdığını unutmamaq lazımdır. Hamilə qalıb abort etdirmək
yerinə hamiləlikdən qorunmam metodlarından birinin
istifadəsi daha məqsədəuyqundur.
Ailə
Planlamasının xeyirləri
1.
Ana ölümlərini azaldır. Ana
ölümlərinin çoxu az fasilələrlə (2 ildən az), çox
sayda (dörddən çox), 18 yaşından kiçik və 35 yaşından böyük anaların
doğumlarında görülür. Bu dörd grup hamiləlik yüksək riskli
hamiləlik qrupu olaraq təsnif edilir. Ailə Planlaması
xidməti bu yüksək riskli hamiləlikləri
əngəlləyərək ana ölümlərini azaldır.
2.
Abortları və aborta bağlı ana ölümlərini azaldır: hamiləliyi əngəlləyən metodları
istifadə edənlərdə hamiləlik ortaya çıxmır və
beləliklə də aborta bağlı ölümlər
əngəllənmiş olur.
3.
Uşaq ölümlərini azaldır:
yüksək riskli hamiləliklər uşaq ölümlərini artırır. Bu
hamiləliklər önləndiyi zaman dolayısıyla uşaq ölümləri
də azaldılmış olur.
4.
Uygun doğum yaşı müəyyən edilir: ana və uşaq sağlamlığı üçün ən uygun doğum
yaşı 18-34 yaş aralığıdır.
5.
Uygun doğum aralığı müəyyən edilir: ana ve uşağın sağlamlığı üçün
ən uyğun doğum intervalı 2 ildir. Daha qısa intervallar ana ölümlərini
və uşaq ölümlərini artırır.
6.
Uşaqların sağlamlığına və inkişafına müsbət təsir
edir: yüksək
riskli hamilaliklər nəticəsində ölüm olmasa belə uşaq
fərqli sağlamlıq problemləriylə qarşı-qarşıya qalır. Bu
problemlər aşağıdakılardır:
a.
uşağın
ağırlığının az olması və erkən doğum
b.
infeksiyon
xəstəliklər
c.
fiziki
böyümə və inkişaf geriliyi
d.
doğumdan
şikəstliklər
e.
zəka
səviyyəsində gerilik
Bütün bu problemlərə təsirli bir Ailə Planlaması ilə mane oluna bilər.
Çox ailələr hamiləlikdən qorunmağı istəyirlər. Bəzi ailələr uşaqlar arasında fasilələr vermək istəyir bəziləri isə artıq heç uşaq istemir. Təəssüf ki bu ailələr hamiləlikdən qorunmanın təsirli yollarını bilmirlər.
Ailə planlaması metodlarını kişi
üçün və qadın üçün olaraq, təsirli (modern) və təsirsiz
(ənənəvi) olaraq və geri dönüşlü və geri dönüşsuz
olaraq təsnif edilə bilər.
QADIN ÜÇÜN |
KİŞİ ÜÇÜN |
||
GERİ
DÖNÜŞLÜ (istifadəsi kəsildiyi zaman hamilə qalmaq mümkün olan) |
GERİ
DÖNÜŞSÜZ (istifadəsindən sonra hamilə qalmaq mümkün olmayan) |
GERİ
DÖNÜŞLÜ (istifadəsi kəsildiyi zaman hamilə qalmaq mümkün olan) |
GERİ
DÖNÜŞSÜZ (istifadəsindən sonra hamilə qalmaq mümkün olmayan) |
Həblər
(kombinə və minipil) Spiral İynələr Dəri
altı kapsullar (implant) Diafraqma Sperm
öldürücülər (spermisitlər) |
Boruların
bağlanması (Boru liqasiyası) |
Kondom
(prezervativ, kaput) Geri
çəkmə |
Kanalların
bağlanması (vazektomiya) |
İndi də bu vasitələr
haqda biraz geniş məlumatlar verək.
1.
Hamiləlikdən qoruyan kombinə həblər.
Tərkibi: Bu həblərin
içərisində qadın hormonları (estrogen ve progesteron) vardır.
Təsiri: Qadının yumurtalıqlarından yumurta
hüceyrənin inkişaf etməsinə mane olaraq və uşaqlıq
girişindəki sekresiyanı katılaşdıraraq spermanın uşaqlıq
içərisinə keçməsinə mane olaraq hamiləlikdən
qoruyur.
Müsbət
xüsusiyyətləri:
Ø 99% hamiləlikdən qoruyur
Ø İstifadə kəsildiyi zaman
hamilə qalmaq mümkündür
Ø Cinsi əlaqəyə
təsir etməz
Ø Uşaqlıq və yumurtalıq
xərcənginə qarşı qoruyucudur
Ø Adət (menstruasiya) ağrısını
və qanamanı azaldır, adətlər düzənli hala gəlir
Ø Anemiyanı (qanazlığı) azaldır.
Mənfi
xüsusiyyətləri
Ø İlk 3 ayda ürəkbulanması,
kökəlmə, baş ağrısı, adət qanamasında azalma, ara qanamalar
və ləkələnmə görülə bilər.
Ø Depressiya görüləbilər
Ø Ana südünün keyfiyyətini pozar
və miqdarını azaldır
Ø Cinsi əlaqə ilə
keçən xəstəliklərdən qorumaz.
Kimlər istifadə
edə bilər: Adətləri
düzənsiz, unutqanlığı olmayan, emzirməyən qadınlar.
Kimlər istifadə
etməməlidirlər: döş
xərçəngi olanlar, səbəbi bilinməyən vaginal
qanaması olanlar, 35 ve yuxarı yaşdakı siqaret çəkən qadınlar, damar
sərtliyi, damar tıxanıqlığı, qan təzyiqi yüksək və iflic
anamnezi olanlar, qaraciyər xəstəliyi, şəkər, öd
kisəsi xəstəliyi olanlar, yeni əməliyyat keçirənlər
ya da əməliyyata hazırlananlar, emzirən qadınlar.
İstifadə qaydası: həbə adətin ilk
(qanama başladığı gün) günü başlanmalıdır. İstifadə olunan paketdə 28
həb varsa paket bitənə qədər hər gün bir həb
alınır, bitincə adət olsa da olmasa da yeni bir paketə başlanır.
21-lik paket istifadə olunursa o zaman 21 gün hər gün bir həb
alınır, 7 gün ara verilir və 8-nci gün adət olsa da olmasa da yeni
bir paketə başlanır.
DİQQƏT: Həb istifadə
edənlərdə şiddətli döş ağrısı, qarın ağrısı, ayaq ağrısı,
baş ağrısı və görmədə bulanıqlıq olduğu zaman, adət
kəsilməsi ya da gözlənilməyən vaginal qanama olduğu
zaman dərhal bir həkimə müraciət etməlidirlər.
2.
Hamiləlikdən qoruyan minipil həblər.
Tərkibi: Bu həblərin
içərisində qadın hormonlarından biri (progesteron) vardır.
Təsiri: Qadının yumurtalıqlarından yumurta
hüceyrənin inkişaf etməsinə mane olaraq və uşaqlıq
girişindəki sekresiyanı katılaşdıraraq spermanın uşaqlıq
içərisinə keçməsinə mane olaraq hamiləlikdən
qoruyur.
Müsbət
xüsusiyyətləri:
Ø 99% hamiləlikdən qoruyur
Ø İstifadə kəsildiyi zaman
hamilə qalmaq mümkündür
Ø Cinsi əlaqəyə
təsir etməz
Ø Ana südünün keyfiyyətini pozmaz
və miqdarını artıra bilər
Ø Uşaqlıq və yumurtalıq
xərcənginə qarşı qoruyucudur
Ø Əmizdirən analarda çox
təsirlidir.
Mənfi
xüsusiyyətləri:
Ø İlk 3 ayda düzənsiz adət
görmə, adət görməmə və ləkələnmə
görülə bilər.
Ø Hər gün eyni saatda alınmalıdır.
Düzənli alınmazsa hamilə qalına bilər.
Ø Cinsi əlaqə ilə
keçən xəstəliklərdən qorumaz.
Kimlər istifadə
edə bilər: Adətləri
düzənsiz, unutqanlığı olmayan, uşaqəmizdirən qadınlar, yeni
abort olmuş və ya düşük keçirmiş qadınlar, siqaret çəkən
qadınlar, 16 yaşından böyük hər yaşdakı qadınlar.
Kimlər istifadə
etməməlidirlər: döş
xərçəngi olanlar, səbəbi bilinməyən vaginal
qanaması olanlar, aktiv qaraciyər xəstəliyi olanlar,
vərəm və epilepsiya müalicəsi görən qadınlar, 6
həftədən kiçik uşağı olan əmizdirən qadınlar.
İstifadə qaydası: Həbə adətin ilk
(qanama başladığı gün) günü başlanmalı və hər gün eyni saaatda
alınmalıdır. İstifadə olunan paketdə 28 həb varsa paket
bitənə qədər hər gün bir həb alınır, bitincə
adət olsa da olmasa da yeni bir paketə başlanır. 21-lik paket
istifadə olunursa o zaman 21 gün hər gün bir həb alınır, 7 gün
ara verilir və 8-nci gün adət olsa da olmasa da yeni bir paketə
başlanır.
DİQQƏT: Həb istifadə
edənlərdə şiddətli baş ağrısı və şiddətli
adət qanaması, sarılıq, adətlərdə kəsilmə və
qarında şiddətli ağrı olduğu zaman dərhal bir həkimə
müraciət etməlidirlər.
3. Spiral
Uşaqlığın içinə qoyulan kiçik
plastik bir vasitədir. Kişinin toxum hüceyrələrinin qadın
yumurta hüceyrəsini mayalandırmasını əngəlləyərək
hamiləlikdən qoruyur.
Üstünlükləri: 98% təsirlidir, uzun
müddət (mislilər 10 il) hamiləlikdən qoruyur, çıxarıldığı
zaman vaxt itirmədən hamilə qalına bilir, cinsi
əlaqəyə təsir etmir.
Mənfi
xüsusiyyətləri:
mütləq bir tibb müəssisəsində tətbiq edilməlidir,
bəzi qadınlarda spiral taxma və ya çıxartma işi ağrılı ola
bilər, ilk aylarda qasıqda ağrı, ləkələnmə, qanama
miqdarında artış və adət müddətində artma ola bilər,
cinsi əlaqə ilə keçən xəstəliklərdən
qorumaz.
Kimlər istifadə
edə bilər:
uzun müddət qorunmaq istəyənlər, yeni doğmuş uşaq
əmizdirən qadınlar, digər qorunma yöntəmlərində
çətinlik çəkənlər.
Kimlər istifadə
etməməlidir:
hamilələr və hamiləlik şübhəsi olanlar, az zaman sonra
yeni bir uşaq istəyənlər, adətləri çox ağrılı və
adət qanaması çox olanlar, uşaqlığında və ya cinsiyyət
sistemində iltihab, erroziya, xərçəng olanlar, birdən çox
partnyoru (özünün ya da yoldaşının) olanlar.
Tətbiqi: həkim ya da tibb bacısı
tərəfindən tətbiq olunmalıdır. Zamanı geldiyi zaman
çıxardılıb yeni bir spiral taxıla bilər, istirahət
etdirməyə ehtiyac yoxdur.
DİQQƏT: Spiral istifadə
edənlərdə: qarında
şiddətli ağrı, anormal vaginal axıntı, normal adətin 2 qatı qanama
və ya düzənsiz qanamalar, spiralın düşdüyündən yada vaginaya
sürçdüyündən şübhə, adətdə 10 gündən artıq
gecikmə olduğu zaman dərhal bir həkimə müraciət
etməlidirlər.
4. 3 aylıq qoruyucu
iynələr.
Tərkibi və
Təsiri:
düzənli olaraq 3 ayda bir dəfə vurulan bu iynələrin
içərisində qadın cinsiyyət hormonu (progesteron) vardır. Qadının
yumurtalıqlarından yumurta hüceyrənin inkişaf etməsinə mane
olaraq və uşaqlıq girişindəki sekresiyanı katılaşdıraraq spermanın
uşaqlıq içərisinə keçməsinə mane olaraq
hamiləlikdən qoruyur.
Müsbət
xüsusiyyətləri: 99%
hamiləlikdən qoruyur, İstifadə kəsildiyi zaman hamilə
qalmaq mümkündür, Cinsi əlaqəyə təsir etməz, Uşaqlıq
və yumurtalıq xərcənginə qarşı qoruyucudur, Uşaq
əmizdirən analar istifadə edə bilər, istifadəsi
gizli saxlana bilər.
Mənfi
xüsusiyyətləri: Adət
qanamalarını azalda, kəsə, artıra bilər, kökəlmə
görülə bilər, hamilə qalmaq üçün istifadədən sonra 3-4
ay gözləməyə ehtiyac duyula bilər, cinsi əlaqə
ilə keçən xəstəliklərdən qorumaz.
Kimlər istifadə
edə bilər: en
az 2 il hamilə qalmaq istəməyən qadınlar, 35 yaşın
üstündə və siqaret çəkən qadınlar, 16 yaşdan böyük hər
yaşdakı qadınlar, 6 həftədən sonra uşaq əmizdirən
qadınlar, yeni abort etdirmiş yada düşüyü olan (ilk 7 gün içərisində)
qadınlar, adət düzensizliyi və amenoreyadan (adətdən
kəsilmə) narahat olmayacaq qadınlar.
Kimlər istifadə
etməməlidirlər: döş
xərçəngi olanlar, səbəbi bilinməyən vaginal
qanaması olanlar, damar sərtliyi, damar tıxanıqlığı, qan təzyiqi
yüksək və iflic anamnezi olanlar, qaraciyər xəstəliyi,
şəkər, öd kisəsi xəstəliyi olanlar.
İstifadə qaydası: İynə adətin ilk (qanama
başladığı gün) günü vurulmalıdır. Daha sonra 3 ayda bir təkrarlanmalıdır.
DİQQƏT: 3 aylıq iynə
istifadə edənlərdə iynə yerində ağrı ya da
qızarıqlıq, şiddətli qarın ağrısı, baş ağrısı həddindən çox
adət qanaması olduğu zaman dərhal bir həkimə müraciət
etməlidirlər.
5. 1 aylıq qoruyucu
iynələr
Tərkibi və
Təsiri:
Düzənli olaraq ayda bir dəfə vurulan bu iynələrin
içərisində qadın cinsiyyət hormonu (estrogen, progesteron)
vardır. Qadının yumurtalıqlarından yumurta hüceyrənin inkişaf
etməsinə mane olaraq və uşaqlıq girişindəki sekresiyanı
katılaşdıraraq spermanın uşaqlıq içərisinə keçməsinə mane
olaraq hamiləlikdən qoruyur.
Müsbət
xüsusiyyətləri: 99%
hamiləlikdən qoruyur, İstifadə kəsildiyi zaman hamilə
qalmaq mümkündür, Cinsi əlaqəyə təsir etməz, adət
düzənində 3 aylıq iynələrə görə daha az
dəyişiklik olur, istifadəsi gizli saxlana bilər.
Mənfi
xüsusiyyətləri: İl
aylarda ara qanamaları ola bilər, ilk aylarda baş ağrısı, baş
gicəllənməsi, kökəlmə görülə bilər, ana
südünün miqdarını azaldıb keyfiyyətini poza bilər, her ay iynə
vurdurmaq lazım olur, cinsi əlaqə ilə keçən
xəstəliklərdən qorumaz.
Kimlər istifadə
edə bilər: 6
aydan sonra uşaq əmizdirən qadınlar, uşaq əmizdirməyən
qadınlar, yeni abort etdirmiş yada düşüyü olan (ilk 7 gün içərisində)
qadınlar, adət düzensizliyi və amenoreyadan (adətdən
kəsilmə) narahat olmayacaq qadınlar.
Kimlər istifadə
etməməlidirlər: döş
xərçəngi olanlar, səbəbi bilinməyən vaginal
qanaması olanlar, 35 yaşın üstündə və siqaret
çəkənlər, damar sərtliyi, damar tıxanıqlığı, qan
təzyiqi yüksək və iflic anamnezi olanlar, qaraciyər
xəstəliyi, şəkər, öd kisəsi xəstəliyi
olanlar, uşaq əmizdirən analar, əməliyyata hazırlananlar
və ya yeni əməliyyat keçirmiş olanlar.
İstifadə qaydası: İynə adətin ilk (qanama
başladığı gün) günü vurulmalıdır. Daha sonra ayda bir təkrarlanmalıdır.
DİQQƏT: aylıq iynənin vurulmasından
sonrakı ilk adət qanaması iynədən 15-20 gün sonra olur.
İynə yerində ağrı ya da qızarıqlıq, şiddətli qarın ağrısı, baş
ağrısı, döş ağrısı, ayaq ağrısı, sarılıq, bulanlıq görmə,
həddindən çox adət qanaması olduğu zaman dərhal bir
həkimə müraciət etməlidirlər.
6. Dəri altı kapsul
(İmplant)
Tərkibi və
Təsiri: Dəri
altına yerləşdirilən bu kapsulun içərisində qadın
cinsiyyət hormonu (progesteron) vardır. Qadının yumurtalıqlarından yumurta
hüceyrənin inkişaf etməsinə mane olaraq və uşaqlıq
girişindəki sekresiyanı katılaşdıraraq spermanın uşaqlıq
içərisinə keçməsinə mane olaraq hamiləlikdən
qoruyur.
Müsbət
xüsusiyyətləri: 99%
hamiləlikdən qoruyur, 5 il hamiləlikdən qoruyur, ana
südünün keyfiyyətini dəyişdirmir, miqdarını azaltmır, istifadə
kəsildiyi zaman hamilə qalmaq mümkündür, cinsi əlaqəyə
təsir etməz.
Mənfi
xüsusiyyətləri: Adət
qanamalarını azalda, kəsə, artıra bilər, kökəlmə
görülə bilər, hamilə qalmaq üçün istifadədən sonra 3-4
ay gözləməyə ehtiyac duyula bilər, saç
tökülməsinə və sızanaqlara səbəb ola bilər, cinsi
əlaqə ilə keçən xəstəliklərdən qorumaz.
Kimlər istifadə
edə bilər: Uzun
müddət hamilə qalmaq istəməyən qadınlar, 16 yaşdan
böyük hər yaşdakı qadınlar, 6 həftədən sonra uşaq
əmizdirən qadınlar, yeni abort etdirmiş yada düşüyü olan (ilk 7 gün
içərisində) qadınlar, adət düzensizliyi və amenoreyadan
(adətdən kəsilmə) narahat olmayacaq qadınlar, siqaret
çəkənlər.
Kimlər istifadə
etməməlidirlər: döş
xərçəngi olanlar, səbəbi bilinməyən vaginal
qanaması olanlar, qaraciyər xəstəliyi, şəkər, öd kisəsi
xəstəliyi olanlar, vərəm və epilepsiya müalicəsi
alan qadınlar.
İstifadə qaydası: adətin ilk günü dəri altına
həkim tərəfindən yerləşdirilir.
DİQQƏT: implant istifadə
edənlərdə implantın qoyulduğu yerde ağrı ya da qızarıqlıq,
şiddətli qarın ağrısı, baş ağrısı, qolda ağrı, miqren, həddindən
çox adət qanaması olduğu zaman dərhal bir həkimə
müraciət etməlidirlər.
7. Diafraqma.
İncə kaucukdan hazırlanmış
uşaqlığın girişini örtən şapka şəklində bir vasitədir.
Qoruyuculuğu 94%, Bütün qadınlar istifadə edə bilər ancaq
necə istifadə edilməsi haqda dərs almalıdırlar.
İstifadəsi: cinsi əlaqədən əvvəl
yerləşdirilməli və cinsi əlaqədən sonra ən
az 6 (ən çox 24) saat çıxardılmamalıdır. Diafraqma yerləşdirildiyi
zaman əllər mütləq sabunla yuyulmalıdır.
8. Köpük, şam və
digər sperm öldürücülər (spermisitlər)
Cinsi
əlaqədən əvvəl vaginaya qoyulan spermisitlər
spermləri öldürərək hamiləlikdən 94% qoruyurlar. Allergiyası olanlar üçün uygun deyildir.
Cinsi əlaqədən 15 dəqiqə əvvəl istifadə
olunmalı, əlaqədən 6 saat sonraya qədər vagina
yuyulmamalıdır.
9. Uşaqlıq borularının
bağlanması:
Qadında
yumurtanın yumurtalıqdan uşaqlığa keçməsi üçün olan boruların cərrahi
əməliyyatla bağlanmasıdır. Geri dönüşü yoxdur.
Qadında
boruların bağlanması qadının cinsi istəyində, adət düzənində,
bədən quruluşunda her hansı bir dəyişikliyə səbəb
olmaz.
Qoruyuculuğu
təxminən 100%-dir. Bundan sonra uşaq istəməyən
ailələr üçün uygundur.
KİŞİ ÜÇÜN METODLAR.
1. Kondom (prezervativ)
Kaucukdan hazırlanmış bu vasitə
cinsi əlaqədən əvvəl kişi cinsi orqanına taxılır
və bariyer rolu görərək spermin vaginaya keçməsinə
mane olur. Doğru bir şəkildə istifadə edildiyi zaman 97%
hamiləlikdən qoruyur. Ən əhəmiyyətli
tərəfi isə cinsi əlaqə yolu ilə keçən
xəstəliklərdən qorumasıdır. İstifadə edilməsi üçün
hər hansı bir məhdudiyyət yoxdur. Ancaq hər əlaqə
zamanı yeni bir prezervativ istifadə edilməlidir. Cinsi əlaqədən sonra
prezervativdə yırtıq və ya dəlik olub olmadığı kontrol
edilməlidir.
2. Kişidə toxum
kanallarının bağlanması.
Kişinin toxum kanallarının
cərrahi əməliyyatla bağlanmasıdır. Bu əməliyyatdan
sonra kişinin görünüşündə, cinsi istək və
yetərliliyində, penisin sərtləşməsində və
boşalmasında heç bir dəyişiklik olmur. Hər şey əvvəlki kimi
qalır. Təxminən 100% hamiləlikdən qoruyur. Geri dönüşü yoxdur.
Ona görə də diqqətlə düşünüb sonra qərar vermək
lazımdır. Bu əməliyyatdan
sonra 20 boşalma və ya 3 ay əlavə bir metodla qorunmaq lazımdır.
3. Geri çəkmə
(çölə boşalma).
Cinsi
əlaqə zamanı boşalmadan əvvəl kişinin orqanını çölə
çıxardıb kənara boşalmasıdır. Bu metodun qoruyuculuğu çox azdır.
Bu yazıda Ailə Planlaması
və hamiləlikdən qorunma yöntəmləri haqda sizlara biraz
məlumat vermək istədim. Suallarınızı drmaharet@hotmail.com və ya drmaharet@rambler.ru adresinə
göndərə bilərsiniz.